Bakıda yol çökdü - FOTO

Bakıda yol çökdü - FOTO

“Azərsu” işçiləri ərazidədir

Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında su xətti partlayıb. 

BakuCity.az APA-ya istinadən xəbər verir ki, nəticədə yol çöküb. 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bldirib ki, Səbail rayonunda Elçin Əzizov küçəsini su ilə təmin edən su xəttində sızma baş verib. Bu səbəbdən torpaqda çökmə əmələ gəlib.

ASC-nin briqadası əraziyə cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, “Azərsu” su xəttini bərpa etdikdən sonra ərazidə təmir işləri həyata keçiriləcək.

Bakıda yol çökdü - FOTO, fotoşəkil-1 Bakıda yol çökdü - FOTO, fotoşəkil-2 Bakıda yol çökdü - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı yol çökmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər