Hər hansı dəyişiklik gözlənilirmi?
Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BakuCity.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb:
“Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır”.
BakuCity.az