Sabah da hava yağmursuz olacaq

Sabah da hava yağmursuz olacaq

Temperatur 16 dərəcəyə qalxacaq

Martın 24-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

BakuCity.az

Bakı hava isti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər