Bu gündən Bakıya giriş və çıxış məhdudlaşdırıldı

Bu gündən Bakıya giriş və çıxış məhdudlaşdırıldı

Metrodan az istifadə edin

Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bu gündən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

BakuCity.az xəbər verir ki, bu müddət ərzində xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılıb.

Həmçinin Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq edib.

Sərnişinlərə metrodan istifadəni minimuma endirmək, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermək tövsiyə olunur.

Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə edilib.

BakuCity.az

Bakı giriş məhdudlaşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər