Metro stanisiyaları arasında ekspress avtobuslar hərəkət edir

Metro stanisiyaları arasında ekspress avtobuslar hərəkət edir

Hər iki xətt üzrə gediş haqqı 0.30 AZN-dir

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar Bakıda metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilib.

BakuCity.az xəbər verir ki, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar bu gün saat 06:00-22:00 arası fəaliyyət göstərir. Ekspress xətlər üzrə avtobuslar yalnız metro stansiyalarının çıxışlarında olan dayanacaq məntəqələrində dayanır.

M1 – xətti: “20 Yanvar” m/st. - 3-cü mkr. dairəsi (“Memar Əcəmi” m/st.) – “Azadlıq prospekti” m/st. – “Gənclik” m/st – “Nəriman Nərimanov” m/st. – “Koroğlu” m/st.- “Qara Qarayev” m/st.- “Neftçilər” m/st. – “Xalqlar dostluğu” m/st. – “Əhmədli” m/st – “Həzi Aslanov” m/st. (ümumilikdə 11 m/st.)

M2 – xətti: “20 Yanvar” m/st. – “İnşaatçılar” m/st. – “Elmlər Akademiyası” m/st – “Nizami” m/st.- “İçərişəhər” m/st. – “Sahil” m/st. – “28 May” m/st. – “Gənclik” m/st. – “Nəriman Nərimanov” m/st. – “Koroğlu” m/st. – “Qara Qarayev” m/st. – “Neftçilər” m/st. – “Xalqlar dostluğu” m/st. – “Əhmədli” m/st – “Həzi Aslanov” m/st. (ümumilikdə 15 m/st.)

Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda daha böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 AZN-dir və ödəniş nağdsız formada “BakıKart”ladır.

Müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edir. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənir.

Sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur. Həmçinin zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə edilir.

BakuCity.az

Metro stanisiyaları ekspress avtobuslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər