Tənha yaşayan 65 yaşdan yuxarı şəxslərə evlərində sosial xidmətlər göstəriləcək

142-Çağrı mərkəzinə zəng edin

Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların (o cümlədən ər-arvadların) qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək.

Belə ki, “Sosial xidmət haqqında” qanuna uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin olunurlar. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərirlər.

Bundan sonra karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yüksək olan və tənha yaşayan vətəndaşları da əhatə edəcək.

Beləliklə, bu kateqoriyadan olan tənha şəxslərin də evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı evdən bayıra çıxamalarına ehtiyac qalmadan, bu istiqamətdə elə evlərində dəstəklə təmin olunacaq, ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar.

Bunun üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Bundan sonra qeyd edilən xidmətlər onlara göstəriləcək.

BakuCity.az

tənha şəxslər ahıllar sosial xidmətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Ciddi zərurət olmadan nəqliyyatdan istifadə etməyin Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, b...
Cəmiyyət
“Məsafə saxla” xəbərdarlığına əməl olunmur Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə əlaqədar Bakı Metropoliteninin iş saatlarının azaldılması metronun girişində sıxlığın yaranmasına səbəb olub.  BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, sərnişinlər ara məsafəsi saxlamır, polisin “Məsafə saxla” xəbərdarlığına əməl etmirlər. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamal...
Cəmiyyət
Saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karan...
Cəmiyyət
Vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə rəsmi münasibət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. BakuCity.az-ın verdiyi məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələl...
Cəmiyyət
Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onları...
Ekologiya
Axşam şimal-qərb küləyi əsəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 30-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz oluna...
Cəmiyyət
Karantinə alınıb Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb. BakuCity.az-ın məlumatına görə, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov "Report”a deyib. Deputat icra başçısının müavini ilə əlaqə saxladığını bildirib: "Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, İcra Hakimiyyətin...
Cəmiyyət
İnzibati tənbeh tədbirləri tətbiq ediləcək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücü və avtomobil sahiblərinə müraciət edib. BakuCity.az-ın məlumatına görə, idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, artıq küçə və prospektlərdə quraşdırılan kameralar işə salınıb: “Bu gündən reydlərə başlamışıq. Paytaxt küçələrində səbəbsiz olaraq şəxsi avtomobillərindən istifadə edən şəxslər saxlanılaraq nəqliyyat vasitə...
Cəmiyyət
“Hər şey vəziyyətin gedişatından asılıdır” Təhsil Nazirliyi məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirib. BakuCity.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yay tətilin ləğv olunacağını güman etmir: “Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. O qeyd edib ki, indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil, hər şey vəziyyətin gedişatından asılıdır. Qeyd edək ki, koron...