Dörd il sonra Bakıya qayıdan tanınmış müğənni karantinə alındı - VİDEO

Dörd il sonra Bakıya qayıdan tanınmış müğənni karantinə alındı - VİDEO

Səhhətindən danışıb

Bir müddətdir ABŞ-da yaşayan müğənni İlhamə Qasımova Azərbaycana qayıdarkən hava limanından birbaşa karantinə göndərilib.

BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, sənətçi hazırda karantin nəzarətindədir.

Müğənni bildirib ki, karantinə yerləşdirildikdən dərhal sonra ona dezinfeksiya üçün ləvazimatlar verilib, maska ilə təmin olunub.

İ.Qasımova həm özünün, həm də karantindəki insanların yaxınlarına səslənərək deyib ki, peşəkar tibb işçiləri onların sağlamlığı ilə daim maraqlanır, onlardan narahat olmasınlar.

BakuCity.az

müğənni karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər