Niyə koronavirusa daha çox kişilər yoluxur?

Koronavirus kimlər üçün təhlükəlidir?

Kişilər, qadınlar və uşaqlar COVID-19-a eyni tezliklə yoluxurlar, ancaq yoluxmanın nəticələri fərqli olur, çünki burada başlıca rolu yaş, cins və daha öncəki xəstəliklər oynayır.

BakuCity.az“Report”a istinadən xəbər verir ki, bu barədə məqaləni “Deutsche Well” dərc edib.

Koronavirusla bağlı iki xəbər var: yaxşı və pis. Pis xəbər ondan ibarətdir ki, koronavirusun yayılması yaxın aylarda daha sürətlənəcək və nəticədə əhalinin 2/3 hissəsi bu virusa yoluxacaq. Buna əmin olan Berlinin “Şarite” klinikasının aparıcı virusoloqu Kristian Drostendir. Onun fikrincə, istilərin başlaması və klassik soyuqdəymə ilə qrip mövsümünün başa çatması COVID-19 ətrafındakı vəziyyəti dəyişməyəcək.

Yaxşı xəbər isə ondan ibarətdir ki, yoluxanların çoxunda xəstəliyin simptomları yüngül keçəcək. Beləliklə, payızda, yəni soyuqdəymə xəstəliklərinin növbəti dalğasında əhalinin əksəriyyətində koronavirusa qarşı antikor (başqa sözlərlə, sonradan qazanılmış immunitet) əmələ gələcək.

Risk qrupuna yaşlı insanlar daxildir

Koronavirusun yayılması, ilk növbədə, yaşlı insanlar üçün təhlükəlidir. Belə ki, 65 yaşdan başlayaraq koronavirusa yoluxmuş insanlar arasında ölüm səviyyəsi həndəsəsi silsilə ilə artır. Misal üçün, Çində yaşı 40-dək olan insanlarda yoluxma faizi 0,2%-dir, ancaq 70-79 yaş aralığındakı insanlarda bu göstərici 8%-ə yüksəlir, 80 yaşdan başlayaraq isə - 14,8%.

Beləliklə, koronavirus pandemiyası dövründə yaşlı insanlar, xüsusilə xronik xəstəliyi olan ahıllar qorunmalıdırlar. Bu risk qrupuna daxil olanlar insanların sıx olduğu yerlərdən uzaq durmalıdırlar.

Karantin altında olan yaşlılara nəvələri ilə zaman keçirmələrinə imkan verilməməlidir. Bundan başqa, onların mağazalara getmələrnə də əngəl olmaq vacibdir. Yaşlıların yaxınları ərzağı və digər məhsulları birbaşa onların evinə çatdırmalıdırlar.

Koronavirus qurbanlarının, demək olar ki, hamısında daha öncə müəyyən xəstəliklər olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlilinə görə, ürək və damar patologiyası, şəkərli diabet, ağciyərlərin xronik xəstəliyi, hipertoniya və onkoloji xəstəliklərə məruz qalmış insanlarda ölüm ehtimalı yüksəkdir.

Niyə kişilər qadınlardan daha tez-tez xəstələnirlər?

ÜST-nin məlumatına görə, koronavirus qurbanlarının arasında kişilər çoxluq təşkil edir: fevralında ortasında koronavirusdan ölüm göstəricisi kişilərdə 2,8%, qadınlarda isə 1,7% olub. Qeyd edək ki, analoji vəziyyət 2003-cü ildə Honkonqda atipik pnevmoniyanın partlayışında da müşahidə edilib. Kişilər adi qripə belə qadınlardan daha tez yoluxurlar.

Qadınlar immun sistemi kişilərinki ilə müqayisədə daha davamlıdır. Bu, əsasən, qadınlardakı estrogen hormonunun immun sistemini stimullaşdırması ilə izah edilir və bununla da immunitet xəstəlik törədən orqanizmlərlə daha tez və aqressiv mübarizə aparır. Kişi hormonu olan testosteron isə, əksinə, immun sistemini boğur.

Bundan başqa, molekulyar virusoloq Tomas Pitçmanın fikrincə, genetik faktorları da gözdən qaçırmaq olmaz. Məsələ bundadır ki, “bəzi immunorelevant, məsələn, patogenlərin tanınmasına cavabdeh olan genlər X xromosomunda kodlaşdırılırlar”. Nəzərə alsaq ki, qadınlarda 2, kişilərdə isə 1 X xromosomu mövcuddur, belə bir halda qadınların üstünlüyü var.

Ancaq genetik meyildən savayı, həlledici faktor həyat tərzidir. Kişilər qadınlardan daha çox zərərli yaşayış həyat tərzi sürürlər. Misal üçün, Çində kişilərin 52%-i siqaret çəkir. Siqaret çəkməyən qadınların payı isə 3%-i keçmir. Siqaret çəkməkdən zəifləmiş ağciyərlər respirator infeksiyalara daha həssasdırlar.

Niyə uşaqlar, demək olar ki, koronavirusa yoluxmurlar?

Təəccüblüdür ki, koronavirus pandemiyasında uşaqlar “zəif bənd” deyillər. Koronavirus qurbanlarının arasında hələlik bir uşaq belə yoxdur.

Sözsüz, uşaqlar da koronavirusa yoluxurlar, ancaq onlarda infeksiya ya simptomsuz, ya da çox yüngül formada keçir. Bunun səbəbi hələlik tam olaraq bəlli deyil. Həkimlər güman edir ki, buna səbəb uşaqlarda anadagəlmə “spesifik olmayan sistem”in işə salınması ola bilər. Körpələr ilk spesifik immunu ana südündən alırlar. Ana südü körpənin immunitetini infeksion patologiyalarla mübarizə aparan leykosit kimi antikorlarla təmin edir.

Bu “passiv immunlaşdırma” uşaqların öz immunitetini formalaşdıranacan, yəni 10 yaşadək davam edir. Ancaq bundan sonra belə onların müdafiə sistemi yeni patogenlərlə qarşılaşdıqda “öyrəşmək” qabiliyyətini itirmir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 403 868-ə çatıb. Bunların 18 221 nəfəri ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

BakuCity.az

koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Bakıda 5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil ed...
Kriminal
Bakıda qanunsuz fəaliyyət göstərən növbəti obyekt aşkarlanıb. Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən BakuCity...
Kriminal
Qanunsuz yollarla Bakıdan Qəbələyə istirahətə gedən şəxslər məsuliyyətə cəlb olunublar. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər  rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata gör...
Cəmiyyət
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri karantin rejimi qaydalarını pozublar. BakuCity.az xəbər verir ki, qərargahın dünənki brifinqində iştirak edən Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin...
İdman
"Neftçi"dən ayrılan futbolçu Baqali Dabonun yeni klubu rəsmiləşib.  BakuCity.az xəbər verir ki, fransalı hücumçu Kiprin "Apollon" klubu ilə müqavilə bağlayıb. Onun sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.  Qeyd edək ki, Baqali Dabo "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən başqa, "Qəbələ"də də çıxış edib. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt açıqlanıb. "Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşardır”. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Ramin Bayramlı bildirib ki, diqqətli ol...
Cəmiyyət
Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. R. Bayramlının sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7  nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir?  Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul s...
Kriminal
Bakıda 200 kiloqrama yaxın at əti aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 200 kq-a yaxın at əti aşkarlayıb. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricil...