Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

26 martda gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.  

BakuCity.az

Bakıda hava Proqnoz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər