Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri cəzalandırıldı

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri cəzalandırıldı

Qaradağda operativ iclas keçirildi, işlərində nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırılıb

BakuCity.az xəbər verir ki, 24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

Müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir.

Qeyd edilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad olunub.

Müşavirədə həmçinin, Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqlar təhlil edilib.

Daha sonra mövcud nöqsanların aradan qaldırılması üçün aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib və bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.

BakuCity.az

Bakı QRİH
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər