Xəstəxanaya çatdırılsa da…
Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.
BakuCity.az