Azərbaycanın “koronavirusla mübarizə büdcəsi” 1,1 milyard manatı ötür

Azərbaycanın “koronavirusla mübarizə büdcəsi” 1,1 milyard manatı ötür

Bu büdcənin getdikcə böyüməsi gözlənilir

Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur.

BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O xatırladıb ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ qərargah yaradılanda ilk dəfə 10 milyon manat vəsait ayrılmışdı:

“Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanıb. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə üçün 5 milyon dollar vəsait köçürüb”.

V.Qasımlı qeyd edib ki, Azərbaycanda 1,1 mlrd manatdan çox olan “koronavirusla mübarizə büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 mlrd manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır.

BakuCity.az

koronavirus büdcə Vüsal Qasımlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər