Həmin mövzuları 9-cu sinif dərsliklərindən öyrənin
Dövlət İmtahan Mərkəzinin keçirdiyi bütün builki imtahanlarda tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq.
BakuCity.azxəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, martın 3-dən etibarən 9 və 11-ci sinif şagirdlərinin keçməli olduğu, amma keçə bilmədiyi mövzulardan test tapşırığı salınmayacaq:
"Lakin 11-ci sinif şagirdi 3 martdan sonra keçməli olduğu bir çox mövzuları 9-cu sinifdə oxuyanda keçib. Ona görə də məhz həmin mövzuları 11-ci sinif deyil, 9-cu sinif dərsliklərindən oxuyub öyrənsinlər”.
Ekspert bir daha qeyd edib ki, bütün fənlər və bölmələr üzrə tədris olunmayan mövzulardan suallar tərtib olunmayacaq:
“Hətta tədris bərpa olunduqdan sonra bu mövzular keçirilsə belə, onlardan test tapşırığı təqdim olunmayacaq”.
BakuCity.az