"Gündə 2-3 dəfə sink preparatı için" - Tanınmış həkimdən TÖVSİYƏLƏR

"Gündə 2-3 dəfə sink preparatı için" - Tanınmış həkimdən TÖVSİYƏLƏR

Əllərinizi yumadan ağız və burnunuza aparmayın

Tanınmış cərrah, professor Adil Qeybulla koronavirusdan qorunmaqla bağlı tövsiyələrini açıqlayıb.

BakuCity.az-ın məlumatına görə, A.Qeybulla qeyd edib ki, əhali arasında COVID-19 ştamı ilə bağlı təsəvvürlər yanlış olmaqda davam edir:

1. Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır.
2. Virus selektiv olaraq ağciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır.
3. Evdə qalmağa üstünlük verin.
4. Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun.
5. Əllə bir əşyaya, yaxud səthə toxunduqda ya dəsmal, ya da salfetdən istifadə edin və ya ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.)
6. Əllərinizi yumadan ağız və burnunuza aparmayın.
7. Mağazada və bayırda, imkan olduqca lateks və ya nitril əsaslı (adətən, göy rəngli) əlcəklərdən istifadə edin. Əlcəkləri onun boynundan tutaraq corab kimi çevirərək çıxarıb zibil qutusuna atın.
8. Məlumdur ki, sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə gündə 2-3 dəfə sink preparatı için.
9. Karantin şərtlərinə ciddi əməl edin. Bu hamımızın təhlükəsizliyi üçün vacibdir.

BakuCity.az

koronavirus sink preparatı tövsiyələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər