Bakıda polis koronavirusa görə səsgücləndirici ilə əhaliyə çağırış edir - VİDEO

Bakıda polis koronavirusa görə səsgücləndirici ilə əhaliyə çağırış edir - VİDEO

Aprelin 20-dək xüsusi karantin rejimi elan olunub

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə ölkəmizdə də müxtəlif qurumlar tərəfindən davam etdirilir.

BakuCity.az Milli.Az xəbər verir ki, Çevik Polis Alayının əməkdaşları müxtəlif ərazilərdə səsgücləndirici ilə insanları maarifləndirir, evdən çıxmamağa çağırır.

DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələrini xahiş ediblər.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

BakuCity.az

polis koronavirus səsgücləndirici əhaliyə çağırış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər