Karantin qaydaları izah edilib, evinə göndərilib
Xalq artisti Arif Quliyev 65 yaşdan yuxarı şəxslərin evdən bayıra çıxması ilə bağlı qadağanı pozub.
BakuCity.az xəbər verir ki, polis əməkdaşları 70 yaşlı Xalq artisti ilə yaşadığı məhəllədə maarifləndirici söhbət aparıb, ona karantin qaydaları izah edilib və evinə göndərilib.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.