• Ana səhifə
  • Bakıya piyada gəlmək olar? – Nazir cavab verdi
11:52, 27 mart 2020

Bakıya piyada gəlmək olar? – Nazir cavab verdi

Bakıya piyada gəlmək olar? – Nazir cavab verdi

Piyada gələrək Bakıya girməyə cəhd edənlər var

Koronovirusla bağlı ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 746 nəfər inzibati, bir nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Nazir qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərinə, Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılsa da, bəzi vətəndaşlar postlara qədər avtomobillə, oradan isə piyada gələrək Bakıya girməyə cəhd edirlər:

“Bununla əlaqədar 99 nəfər barəsində tədbirlər görülüb”.

BakuCity.az

#Vilayət Eyvazov #Bakı #piyada

Şərhlər

Elan
live comments feed...