Bəzi yerlərdə duman olacaq
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.
BakuCity.az