"Qaya" ansamblının əfsanəvi bədii rəhbəri
Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib.
BakuCity.az-ın məlumatına görə, tanınmış müğənni 82 yaşında dünyasını dəyişib.
R.Babayev bu gün II Fəxri xiyabanda dəfn olunacaq.
Rauf Babayev 1937-ci ildə Gümrüdə anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.
2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi.
R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR Əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.
Allah rəhmət eləsin!
BakuCity.az