Rayondan Bakıya 40 manata baqajda adam gətirirlər - VİDEO

Postu keçəndən bir neçə kilometr sonra polis saxlayıb

Xüsusi karantin rejimini pozaraq evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yükdaşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək, 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində, özünü isə evakuatorun salonunda gizlədərək, xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.

Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyərək, paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb.

T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BakuCity.az

Bakıya gəliş rayonlar polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək. BakuCity.az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək. Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək. Oyun öncəsi "Ba...
Hadisələr
Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib. BakuCity.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində heç kim xəsarət almayıb. 11:19 “BakuBus” avtobusu qəzaya uğrayıb. BakuCity.az xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib....
Cəmiyyət
Biləsuvar Rayon İcra Hakimiyyətində (RİH) növbəti kadr dəyişikliyi olub. BakuCity.az xəbər verir ki, bununla bağlı Biləsuvar RİH-nin başçısı Faiq Qürbətov sərəncam imzalayıb. Sərəncamla Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Pöhran Şahbazov işdən çıxarılıb. Hələlik onun yerinə təyinat olmayıb. Bir neçə gün öncə də rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov işdən çıxarılıb. BakuCity.az
Müsahibə
"Bu, hibrid savaşdır". BakuCity.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı müsahibəsini təqdim edir: – Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir? – Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habe...
Siyasət
Yayılan məlumatlar təkzib olunub. Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. BakuCity.az xəbər verir ki, türkiyəli məşhur jurnalist Levent Kemal bununla bağlı şəxsi “Twitter” hesabından açıqlama yayıb. Jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan “Həmzə” diviziyasının komandiri ilə danışıb: “Həmzə” diviziyasının k...
Siyasət
Atəşkəs rejimini pozub. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən m...
Mədəniyyət
Aktrisa Sevinc Əliyeva Xəzər televiziyasında aparıcılığa başlayır. BakuCity.az xəbər verir ki, Sevinc Əliyeva Xəzər televiziyasında "3 BALAM" verilişində aparıcılıq edəcək. Veriliş sentyabrın 26-da səhər saat 09:30-da yayımlanacaq. Qeyd edək ki, Xəzər televiziyasının rəhbəri Murad Dadaşovdur. BakuCity.az
Kriminal
Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. BakuCity.az xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib. Belə ki, 27 yaşlı İbrahim Qasımov və 24 yaşlı Mehdixan Cavadov beş nəfərlə kütləvi dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. (apa) BakuCity.az
Ekologiya
Mütəxəssislər tərəfindən ağacların quruma səbəbi araşdırılır. Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur. BakuCity.az xəbər verir ki, AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrü...