Evdən çıxması qadağan edilən yaşlı insanlar cərimə olunur? - VİDEO

Evdən çıxması qadağan edilən yaşlı insanlar cərimə olunur? - VİDEO

“Yanlış məlumatlardır. Elə hal olmayıb”.

Sosial şəbəkələrdə yaşı 65-dən çox olan vətəndaşların çölə çıxdıqları təqdirdə cərimə olunduğuna dair yayılan məlumatlara aydınlıq gətirilib.

BakuCity.az-ın məlumatına görə, Çevik Polis Alayının əməkdaşı Ramiz Xeyirbəyov AzTV-nin “Xəbərlər” informasiya proqramının canlı efirinə bağlantı zamanı bildirib ki, məlumatların heç bir əsası yoxdur:

“Yanlış məlumatlardır. Elə hal olmayıb. Həmin şəxslər maarifləndirilir, lazım olduğu təqdirdə kömək edib evinə yola salırıq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edib. Sözügedən qərara əsasən, yaşı 65-dən yuxarı vətəndaşların çölə çıxması qadağan edilib.

BakuCity.az

koronavirus yaşlı insanlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər