Baxil, əlcək və tibbi maskalar ƏDV-dən azad edildi - FƏRMAN

Baxil, əlcək və tibbi maskalar ƏDV-dən azad edildi - FƏRMAN

Fərman iyunun 1-dək qüvvədədir

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28-30-cu hissələr əlavə edilir:

S/S

Kod

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları

28.

3926200001

Baxillər

 29.

4015190001

Steril və qeyri-steril əlcəklər

30. 

6307909801

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar

Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

BakuCity.az

Baxil tibbi maskalar ƏDV
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər