Avtobusda oturacaqlar arasında məsafə saxlanılacaq

Avtobusda oturacaqlar arasında məsafə saxlanılacaq

Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

BNA sərnişinlərə anlayış göstərərək sosial məsafəni gözləmələrini və yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyyə edir.

BakuCity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər