Koronavirusa görə parklarda skamyalar yığışdırıldı

Koronavirusa görə parklarda skamyalar yığışdırıldı

Koronavirusa görə parklarda skamyalar yığışdırılıb

Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi haqqında qərarına əsasən, bu gecədən bütün bulvar, park və istirahət mərkəzlərinə giriş məhdudlaşdırılacaq.

BakuCity.az

Bakı Partklar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər