Sabah Bakıda hava necə olacaq - PROQNOZ

Sabah Bakıda hava necə olacaq - PROQNOZ

29 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, 

arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 5-9, gündüz  13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80  faiz olacaq.  

BakuCity.az

Bakı Hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər