Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən və yaralananlar var

Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan dörd nəfəri deformasiyaya uğrayan minik maşınından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

BakuCity.az

Bakı Ölən və yaralananlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər