Koronavirusa görə işləyə bilməyənlərə güzəştlər edilsin - TƏKLİFLƏR + VİDEO

Koronavirusa görə işləyə bilməyənlərə güzəştlər edilsin - TƏKLİFLƏR + VİDEO

İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, maaş ala bilmirlər

Son günlər sosial şəbəkələrdə kommunal ödənişlərdə güzəşt məsələsi müzakirə olunur. Buna səbəb koronavirus infeksiyasına yoluxmaq təhlükəsi ilə əlaqədar evdən çıxmayan vətəndaşların qaz, elektrik enerjisi və sudan daha çox istifadə etməsidir. Belə olan haldavətəndaşların bu istiqamətdə xərcləri artır. Digər tərəfdən, bəzi vətəndaşların iş yerlərinin bağlanması və ödəniş etməkdə çətinliyi yaranması məsələni aktuallaşdırır.

BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Sakinlər deyir ki, kommunal xərclərdə dövlətin dəstəyi olsa, yaxşı olar. İş yerləri bağlanır, bəziləri işdən çıxarılır, maaş ala bilmirlər, ona görə də belə bir şey olsa, çox yaxşı olar. Kommunal ödənişlər azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar. Əgər insanların evdə oturması tələb olunursa, dövlətin bu məsələdə dəstək verməsi çox yaxşı olardı. Karantin müddəti bitənə qədər güzəştlər edilsə, daha yaxşı olar.

Millət vəkilləri də indiki vəziyyətdə vətəndaşların xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində kommunal ödənişlərə güzəşt məsələsini zəruri hesab edirlər.

Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, mütləq kommunal güzəştlər olmalıdır:

“Adam işləyə bilmirsə, güzəştli yanaşmaq lazımdır. Çünki vətəndaşın gəliri artıq əvvəlki səviyədə deyil. Ona görə də müəyyən güzəştlərə nail olmaq vacibdir. Koronavirusla mübarizə çərçivəsində insanlara evdə qalmaq tövsiyə edilir. O zaman kommunal xərclərdə güzəştə getmək əhali üçün sevidirici olar.

Deputat Hikmət Babaoğlunun sözlərinə görə, problemi hökumətin diqqətinə təqdim etmək lazımdır ki, bununla bağlı dərhal qərarlar qəbul etsin:

“Nəticədə söhbət bizim milli təhlükəsizliyimizdən gedir. Hər hansı bir kommunal ödənişin 1 gün və ya 5 gün gec ödənilməsi böyük bir faciə deyil”.

Qeyd edək ki, əhaliyə güzəştlərlə bağlı məsələ işçi qrupunun müzakirəsindədir. Aprelin əvvəlində bu təkliflər tam şəkildə açıqlanacaq.

BakuCity.az

Koronavirus işsizlik güzəştlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər