Bakı metrosunda sıxlıq yarandı, QSC rəsmisi təkzib etdi - FOTO

Bakı metrosunda sıxlıq yarandı, QSC rəsmisi təkzib etdi - FOTO

Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.

BakuCity.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir. Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək.

Lakin artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır.

Bununla belə, “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev ATV-nin canlı efirində bildirib ki, bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə azdır:

“Qatarlar saat 07:00-da işə başlayıb. Aidiyyəti üzrə saat 09:00-da metronun hərəkəti dayandırılıb. Sərnişinlər arasında sıxlıq müşahidə edilməyib. İstənilən halda insanlar özləri də sanitar-gigiyenik normalara riayət etməlidir. Sıxlıq yaratmamalıdır”.

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər