Məktəblilərin yay tətili ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

Məktəblilərin yay tətili ləğv ediləcək? - RƏSMİ AÇIQLAMA

“Hər şey vəziyyətin gedişatından asılıdır”

Təhsil Nazirliyi məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirib.

BakuCity.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yay tətilin ləğv olunacağını güman etmir:

“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.

O qeyd edib ki, indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil, hər şey vəziyyətin gedişatından asılıdır.

Qeyd edək ki, koronavirus infeksiyasını yayılmasının qarşısını almaq məqsədilə martın 3-dən etibarən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Tətil aprelin 20-dək davam edəcək.

BakuCity.az

Məktəb yay tətili
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər