Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı

Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı

Karantinə alınıb

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxıb.

BakuCity.az-ın məlumatına görə, bunu 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov "Report”a deyib.

Deputat icra başçısının müavini ilə əlaqə saxladığını bildirib:

"Alıcı Dilavərovla əlaqə saxlayan zaman bildirdi ki, İcra Hakimiyyətinin bütün işçiləri koronavirusla bağlı test yoxlanışından keçirilib. Alıcı Dilavərovun test yoxlanışının nəticəsi pozitiv çıxıb”.

E.Nəsirov qeyd edib ki, hazırda icra başçısının müavini xəstəxanada karantinə alınıb:

"Amma heç bir müalicə almır. Buna səbəb Alıcı Dilavərovun ikinci test yoxlanışının nəticəsini gözləməsidir”.

O vurğulayıb ki, A.Dilavərov sağlamlığında heç bir problem olmadığını və özünü pis hiss etmədiyini də söyləyib.

BakuCity.az

yüksək vəzifəli şəxs koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər