Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilib - QRAFİK

Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilib - QRAFİK

Saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir

Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirir. Marşrutlar üzrə “BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb edilib. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar bu gündən xidmətə başlayıb.

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun intervalla xidmət göstərir.

Təşkil olunan ekspres xətləri

1. M3 – “Koroğlu” m/st – “28 May” m/st
2. M4 – “20 Yanvar” m/st – Səməd Vurğun bağı
3. M5 – “Koroğlu” m/st – “20 Yanvar” m/st
4. M6 – “Əhmədli” m/st – Səməd Vurğun bağı
5. M7 – “İnşaatçılar” m/st – “Nəriman Nərimanov” m/st

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Eyni zamanda, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edir. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənir.

Sərnişinlərə zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə edilir.

BakuCity.az

Bakı avtobus ekspres marşrut xətti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər