Bakı metrosunda növbəti sıxlıq - VİDEO

Bakı metrosunda növbəti sıxlıq - VİDEO

“Məsafə saxla” xəbərdarlığına əməl olunmur

Ölkə ərazisində karantin rejiminin gücləndirilməsi ilə əlaqədar Bakı Metropoliteninin iş saatlarının azaldılması metronun girişində sıxlığın yaranmasına səbəb olub. 

BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, sərnişinlər ara məsafəsi saxlamır, polisin “Məsafə saxla” xəbərdarlığına əməl etmirlər. Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır. 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə martın 29-dan etibarən Bakı metrosunun iş vaxtı beş saata endirilərək saat 07:00-dan 09:00-dək, axşam isə 17:00-dan 20:00-dək müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ qərargah vətəndaşları özünütəcrid qaydalarına riayət etməyə, zərurət yaranmadığı təqdirdə evdən bayra çıxmamağa, qərargahın tələb və tövsiyələrinə qeyd-şərtsiz əməl etməyə çağırır.

BakuCity.az

Bakı metro sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər