Bərbərxana və gözəllik salonları da bağlandı: Karantin dövründə hansı obyektlər işləyəcək?

Bərbərxana və gözəllik salonları da bağlandı: Karantin dövründə hansı obyektlər işləyəcək?

Ciddi zərurət olmadan nəqliyyatdan istifadə etməyin

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

BakuCity.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır:

“Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır:

“Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.

BakuCity.az

koronavirus karantin obyektlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər