Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

“Biz həm ermənilərə, həm də COVİD-19-a qarşı mübarizə aparırıq”

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.

BakuCity.az məlumat verir ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib:

“Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə, qarşısını ala bilmərik. Biz iki virusa qarşı mübarizə aparırıq: həm ermənilərə, həm də COVİD-19-a qarşı”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

BakuCity.az

hərbi xidmət çağırış müddət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər