Bakıda sakinlərdən etiraz: İcra başçısı hadisə yerinə getdi - FOTO + VİDEO

Bakıda sakinlərdən etiraz: İcra başçısı hadisə yerinə getdi - FOTO + VİDEO

Əraziyə baxış keçirilib

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar.

Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri iddia edib ki, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunsa da, tikinti şirkətləri bəzi qaydalara riayət etmir:

“Tikintidə işçilər maskasız və əlcəksiz çalışırlar. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, cavab ala bilməmişik”.

Səbail Rayon İcra Hakimiyyətindən (İH) isə bildiriblər ki, sözügedən məsələ ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Məsələdən xəbərdarıq. Səbail rayonu, Bayıl yaşayış massivi, Əlibəyov qardaşları, 10 ünvanında yerləşən binanın sakinlərinin müraciəti nəzərə alınıb. Ərazidə tikinti aparan şirkətin rəhbəri ilə əlaqə saxlanılıb. Müraciət əsasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov sözügedən ünvanda tikinti işləri aparılan ərazidə olub.

Ziya Yusifzadə və Əlibəyov qardaşları küçələrini birləşdirən, çoxmənzilli yaşayış kompleksinin tikildiyi əraziyə İcra Hakimiyyətinin və “Sabah Residence” şirkətinin rəhbər nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı həm tikinti normaları, həm də Nazirlər Kabineti yanında Operativ qərargah tərəfindən müəyyən olunan tələblər baxımından hər hansı nöqsan aşkar edilməyib”.

BakuCity.az

Bakı etiraz tikinri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər