İlham Əliyev fövqəladə vəziyyətlə bağlı fərmana dəyişiklik etdi

İlham Əliyev fövqəladə vəziyyətlə bağlı fərmana dəyişiklik etdi

FHN də müvafiq tədbirlərə cəlb olunacaq

Prezident İlham Əliye “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilir:

“1.3. həmin qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;”

BakuCity.az

İlham Əliyev fövqəladə vəziyyət fərman
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər