304 min muzdlu işçiyə yardım ediləcək – 712 manat

Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.

BakuCity.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir:

Həmçinin oxu: Kredit ödənişlərinə dəstək veriləcək, kommunal xidmətlərin limiti artırılacaq

“Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizini təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-nin 2 faizini təşkil edən 100 milyard TL-lik yardım paketi açıqlayıb. Qırğız Respublikasının ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək 9,4 milyon ABŞ dolları, Özbəkistan isə milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır”.

O qeyd edib ki, qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək:

“İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir”.

V.Qasımlı deyib ki, eyni zamanda, 290 min mikro sahibkar dövlət dəstəyindən yararlanacaq. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək.

BakuCity.az

muzdlu işçilər maliyyə yardımı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
"Neftçi” dünən avrokuboklarda növbəti matçını keçirib. BakuCity.az xəbər verir ki, bakılılar II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə oynayıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticəlnib. Bununla da "Neftçi" Avroliqada mübarizəni dayandırıb. BakuCity.az
Cəmiyyət
"Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”. BakuCity.az  xəbər verir ki, bu sözləri açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər: "Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər...
Cəmiyyət
BMM boşaldılır. Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.  BakuCity.az xəbər verir ki, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq. Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.  Həmçinin oxu: Əli Həsənov Dubayda: bahalı səhər yeməyi - FOTOLAR BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova m...
Ekologiya
Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti...
Cəmiyyət
Türkiyədə saxlanılan Qurban Mmmədov buraxılıb. Azerfreedom kanalının rəhbəri, Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov sərbəst buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb. Qoşqar Məmmədovun qeyd edib ki, Qurban Məmmədov İngiltərəyə qayıdır. Qeyd edək ki, Qoşqar Məmmədov bu gün atasının Türkiyədə saxlanılması barədə məlumat yaymışdı. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədə...
Kriminal
Gənc oğlan Bülbülə qəsəbəsində ürəyindən bıçaqlanıb. Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. BakuCity.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 ya...
Cəmiyyət
“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib. BakuCity.az xəbər verir ki, mövzu ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib. Həmçinin oxu: Qurban Məmmədov Türkiyədə həbs olundu - FOTO “Harada saxlanılıb? Mənim məluma...
Cəmiyyət
Falçılar "Azenco" şirkətinin rəhbəri Faiq Ağayevin xanımının külli miqdarda pul alıblar. BakuCity.az xəbər verir ki, cindar Hüseyn kimi tanınan Əlizadə Hüseyn Qağaməli oğlu və anası Lalə İbrahimova Faiq Ağayevin həyat yoldaşı Ağayeva Rübabə Cəlal qızına özlərini falçı kimi təqdim edərək onun ailəsi üzərində qara qüvvələrin hökm sürdüyünü deyiblər. Onların evlərində, iş yerlərində caduların olması və caduların təmizlənmədiyi təqdirdə həyat yoldaşı Faiq Ağay...