Bakıda xüsusi karantin rejimini pozanlara qarşı reyd - VİDEO

Bu gündən küçəyə çıxmaq qadağan olunub

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən paytaxtda da bir sıra məhdudiyyətlər həyata keçirilir.

BakuCity.az-ın məlumatına görə, “Report”un əməkdaşları paytaxt sakinlərinin xüsusi karantin rejiminə necə riayət etmələri ilə tanış olmaq üçün gecə saat 00:00-dan paytaxt polisi ilə birgə reyd keçirib.

Reyd zamanı qoruyucu maska taxmayan, əlcək geyməyən, karantin qaydalarını pozan vətəndaşlar aşkarlanıb. Polis əməkdaşları onlarla profilaktik söhbətlər edilib, vətəndaşlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumat verilib.

Bildirilib ki, bu gündən etibarən vətəndaşlara küçəyə çıxmaq qadağan olunub.

Sakinlərə habelə COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində, o cümlədən Bakıda geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları ilə bağlı tələblər izah edilib.

Qeyd edilib ki, fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün vətəndaşların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət bu gündən 20 aprel saat 00:00-dək dayandırılır.

Xatırladaq ki, ölkə ərazisində koronavirus təhlükəsi ilə bağlı Nazirlər Kabineti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi bu gündən daha da gücləndirilib. Belə ki, saat 00:00-dan 20 aprel saat 00-dək vətəndaşlara zərurət olmadığı halda küçəyə çıxmaq qadağan olunub. 

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə bəzi iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

BakuCity.az

Bakı karantin koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. 8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? “Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İ.Məmmədov şənbə-bazar günü hərəkətin məhdudlaşdırılması məsələsinə də toxunub: “Karantin rejiminin yumşaldı...
Ekologiya
25 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 20-24, Bakıda gecə...
Cəmiyyət
İyunun 1-dən bəzi qadağalar qaldırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyyətinin sədri Ramin Bayramlı məlumat verib. R.Bayramlı ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb: "Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunm...
Biznes
“Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb. BakuCity.az xəbər verir ki, 23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb. COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb. Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəh...
Cəmiyyət
Tibbi ləvazimatların idxal gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb. Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri...