Baş infeksionist: Karantin tədbirlərinə əməl etməsək, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir

“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır”

Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib.

BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniyada və digər inkişaf etmiş dövlətləri cənginə alıb:

“İş o yerə çatıb ki, reanimasiya şöbələrində artıq xəstələrə qoşmaq üçün süni tənəffüs aparatları çatışmır. Yaşlı insanlardan tənəffüs aparatlarını götürüb cavan insanlara qoşurlar ki, onların həyatlarını xilas etsinlər, yaşlıları isə taleyin ümidinə buraxırlar. Belə halların artıq Avropa ölkələrlində müşahidə olunması bir faktdır. Bizim insanlar da bunu nəzərə almalıdırlar”.

C.İsayev qeyd edib ki, Azərbaycanda aparılan karantin tədbirləri nəticəsində xəstələnmə hallarının miqyası hələ yüksək deyil. Amma ölkəmiz də bu xəstəlikdən sığortalanmayıb:

“Əgər insanlarımız koronavirusun yayılmaması üçün verilən tövsiyələrə, karantin tədbirlərinə əməl etməsələr, barmaqarası yanaşsalar, “mənə heç nə olmaz” desələr, bu vəziyyət bizi də gözləyir. Ona görə də hamıdan xahiş edirik ki, insanlar dövlətin həyata keçirdiyi karantin tədbirlərinə, verilən tövsiyələrə, qoyulan qadağalara əməl etsinlər. Bu tədbirlər təkcə Azərbaycan dövləti tərəfindən deyil, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həyata keçirilən tədbirlərdir. Bunların da hamısı ona yönəlib ki, xəstəlik yayılmasın, insanların sağlamlığı, həyatı qorunsun. Hər bir insanın həyatı bizim üçün əzizdir".

Baş infeksionist qeyd edib ki, bütün bunları başa düşərək verilən tövsiyələri yerinə yetirmək lazımdır. Sanitar-gigiyena tələblərinə əməl edilməli, əllər düzgün qaydada yuyulmalı, dezinfeksiyaedici məhlullardan istifadə edilməlidir. İnsanların yerinə yetirməli olduqları ən vacib tədbir isə təcridolunmadır:

"Biz özümüz-özümüzü ətrafdan təcrid etməliyik. Çünki özünütəcrid olmadıqda yoluxma sayı daha çox olur, yoluxmalar kütləvi xarakter daşıyır. Buna görə də bir daha xahiş edirik ki, insanlar bütün bunlara əməl edərək həm özlərini, həm də Azərbaycan xalqını qorusun, səhiyyə sistemimiz üçün çətinliklər yaşatmasınlar”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

BakuCity.az

koronavirus yoluxma karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb. COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb. BakuCity.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.  Məlumata görə, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-n...
Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...