Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı

“Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

BakuCity.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. 

Prezidentin sözlərinə görə, o, bundan əvvəl də bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış edib ki, onlar işçiləri ixtisar etməsinlər: “Bu xahiş və ya tələb qüvvədədir. Onu da bildirməliyəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu hesab edirəm ki, şərəflə yerinə yetirirlər. Mənim sərəncamımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyondan çox vəsait daxil edilib. Bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. 

Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir. Bu məsələ ilə bağlı sahibkarlar həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışı nəzərə alınacaq. Eyni zamanda aydındır ki, bir çox sahələr 40 mindən çox sahibkarlıq subyekti demək olar ki fəaliyyət göstərmir. Yaxud da ki, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara köməklik göstərməlidir. Ona görə göstəriş verilib ki, sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı nəzərə alınsın. Eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilib. Vaxt itirmədən bu həftədən başlayaraq ödəmələr həyata keçirilsin”.

Bakucity.az

Prezident Ödəmələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) növbəti əməliyyatını keçirib. BakuCity.az xəbər verir ki, DTX-nin apardığı araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşaiyət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şə...
Cəmiyyət
Türkiyəli həkim, professor Zafer Cantürk pandemiyanın ikinci dalğasına hazırlıqlı olmağı, bunun birinci qədər təhlükəli olacağını bildirib. BakuCity.az xəbər verir ki, baş həkim Z. Cantürk bütün dünyada yeni bir dalğalanmanın başladığını deyib: "Doğurdan da çox ciddi bir problemlə qarşı-qarşıyayıq. Bütün dünyanı çətinə salan bir haldır. Nəticə etibarı ilə birinci dalğaya nisbətən daha hazırlıqlıyıq, amma bu ikinci dalğanın daha asan keçəcəyi demək deyil. İ...
İdman
"Neftçi” dünən avrokuboklarda növbəti matçını keçirib. BakuCity.az xəbər verir ki, bakılılar II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray” klubu ilə oynayıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə nəticəlnib. Bununla da "Neftçi" Avroliqada mübarizəni dayandırıb. BakuCity.az
Cəmiyyət
"Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”. BakuCity.az  xəbər verir ki, bu sözləri açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər: "Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər...
Cəmiyyət
BMM boşaldılır. Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.  BakuCity.az xəbər verir ki, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq. Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.  Həmçinin oxu: Əli Həsənov Dubayda: bahalı səhər yeməyi - FOTOLAR BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova m...
Ekologiya
Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti...
Cəmiyyət
Türkiyədə saxlanılan Qurban Mmmədov buraxılıb. Azerfreedom kanalının rəhbəri, Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov sərbəst buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb. Qoşqar Məmmədovun qeyd edib ki, Qurban Məmmədov İngiltərəyə qayıdır. Qeyd edək ki, Qoşqar Məmmədov bu gün atasının Türkiyədə saxlanılması barədə məlumat yaymışdı. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycan üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Mövcud epidemiya təhlükəsi müəllim-şagird, müəllim-tələbə kontingentini nə qədə...
Kriminal
Gənc oğlan Bülbülə qəsəbəsində ürəyindən bıçaqlanıb. Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. BakuCity.az xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 ya...