Paytaxtın sənaye istehsalında qeyri-dövlət sektorunun payı 81% oldu

Paytaxtın sənaye istehsalında qeyri-dövlət sektorunun payı 81% oldu

Paytaxtın sənaye istehsalında qeyri-dövlət sektorunun payı 81% olub

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,4 mlrd. manat təşkil edib.

BakuCity.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,1%-i mədənçıxarma, 16,3%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 80,7% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,1% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin martın 1-nə 238,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 65,2 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

BakuCity.az

Paytaxt 81% oldu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər