Bakıda tikinti materialları bazarında yanğın - FOTO + VİDEO

Bakıda tikinti materialları bazarında yanğın - FOTO + VİDEO

İlkin səbəbi açıqlanıb

Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib.

BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların yanar konstruksiyaları 350 kv.m sahədə yanıb.

Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının ilkin səbəbi kimi mağazalardan birində elektrik xətlərində qısaqapanma göstərilir.

BakuCity.az

Bakı tikinti materialları bazarı yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər