Polis maska və əlcək taxmayan vətəndaşları cərimə edə bilər?

Polis maska və əlcək taxmayan vətəndaşları cərimə edə bilər?

“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir”

Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər.

BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib.

Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir:

"Bu, karantinin şərtləridir. Çölə çıxarkən mütləq qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Xüsusi karantin qaydalarının hər bir şərtinin pozulması elə inzibati məsuliyyət deməkdir. Polis maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Ancaq bu, maska və əlcək taxmadığı üçün yox, karantin rejiminin qaydalarını pozduğuna görə olacaq".

BakuCity.az

polis maska əlcək cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər