Bakıda avtobus sürücüsü karantin qaydalarını belə pozdu - FOTO

Bakıda avtobus sürücüsü karantin qaydalarını belə pozdu - FOTO

Söhbət 199 nömrəli avtobusdan gedir

Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir.

Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb.

Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı müşahidə edilir.

BakuCity.az

Bakı avtobus karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər