Polis Bakıda gizli kafe aşkarladı: “Özümüzük, müştəri yoxdur” - VİDEO

Polis Bakıda gizli kafe aşkarladı: “Özümüzük, müştəri yoxdur” - VİDEO

Kafedə 3 nəfər olub

Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.

Bolis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib.

BakuCity.az-ın məlumatına görə, reyd zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinir.

Belə ki, polis əməkdaşları və hərbi qulluqçular paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi 2C massivinin 1-ci keçid ərazisində kafe aşkarlayıblar. “BakuPost”a təqdim olunan videodan görünür ki, kafedə üç nəfər olub. Onlardan biri obyektin sahibi olduğunu, dostları ilə şam etdiyini bildirib. Qeyd edib ki, kafe onun həyətində yerləşir və müştəriləri qəbul etmir.

Buna baxmayaraq, kafenin sahibi barəsində inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.

BakuCity.az

polis Bakı kafe
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər