ÜST: Tibbi maska koronavirusdan müdafiə etmir

ÜST: Tibbi maska koronavirusdan müdafiə etmir

“Qoruyucu vasitələr ilk növbədə tibb işçilərinə lazımdır”

“Sağlam insanların maska taxmasına ehtiyac yoxdur, tibbi maskanın özü isə koronavirusa qarşı müdafiəni təmin edə bilmir”.

BakuCity.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.

T.Yazareviçin sözlərinə görə, maskaları xəstə insanlar taxmalıdır ki, virus yayılmasın.

ÜST nümayəndəsi xatırladıb ki, maska etibarlı müdafiəni təmin etmir və digər tədbirlərlə bərabər istifadə olunmalıdır. Onun sözlərinə görə, maska taxan insanlarda “yanlış təhlükəsizlik hissi” yaranır və onlar digər ehtiyat tədbirlərini unudurlar.

Bundan başqa, T.Yazareviç əlavə edib ki, qoruyucu vasitələr ilk növbədə tibb işçilərinə lazımdır, ona görə də bu malların adi vətəndaşlar tərəfindən kütləvi şəkildə alınmasına məhdudiyyət qoyulmalıdır.

BakuCity.az

ÜST tibbi maska koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər