Bakı marketlərində un məmulatları “karantində” - FOTO

Bakı marketlərində un məmulatları “karantində” - FOTO

Marketə gələn hər kəs beş çörəyi əli ilə yoxlayıb axırda birini seçir

Bakı marketlərində un məmulatlarının açıq satışı yığışdırılır. Hazırda çörək, lavaş, kökə və s. un məmulatları iki dəfə paketlənərək vitrinlərə yerləşdirilir.

BakuCity.az Musavat.com-a istinadən məlumat verir ki, mağazalar artıq pandemiya təhlükəsini nəzərə alaraq, bu məhsulları əvvəlcə paketə, sonra sellofana qoyaraq satırlar.

Artıq müştərilərə də xəbərdarlıq edilir ki, onların sağlamlığını düşünürək bu addımı atıblar.

Qısa araşdırma vəziyyətin hər yerdə eyni olmadığını göstərdi. Belə bir fakta Bakının Yasamal rayon ərazisindəki marketlərdə rast gəlilin. Burada çörək, bulka, müxtəlif şirniyyatlar açıq satılırdı. Gün ərzində ən çox istehlakçıların aldığı çörəkdir. Bu zaman marketə girən müştərilər çörəyə əllə toxunur, bir neçəsinin təzə, yumşaq olub-olmadığını yoxlayırdı.

Belədə isə əldəki mikroblar çörəyə hopur, infeksiya mənbəyinə çevrilir. Nəzərə alsaq ki, azərbaycanlılar çörək çox yeyəndirlər, o halda un məmulatlarının iki dəfə paketlənərək satılması hələ epidemiya olmadan da zəruri idi.

Hazırda "Nur", "Binə" çörək zavodlarının istehsal etdiyi məhsullar paketlərdə satılır, Bakıxanov çörək zavodunun çörəkləri isə hələ ki açıq satışdadır, təəssüf ki, əl-əl gəzir.

Başqa bir  marketin satıcısı isə bildirdi ki, obyektin sahibi paketdə gələn çörəkləri də sellofana qoydurub vitrinə düzdürür. Bununla insanla çörək arasında təması tam aradan qaldırmaq istəyir:

"Çünki marketə gələn hər kəs 5 çörəyi əli ilə yoxlayıb, axırda birini seçir. Bunu gün ərzində 100 adam eləsə, görün, hansı infeksiya yaranır. Özü də bunu koronavirusa görə yox, həmişə etmək lazımdır".

Ancaq bir daha qeyd edək ki, heç də bütün marketlər çörək, kökə, ümumiyyətlə, un məmulatları ilə bağlı gigiyenik qaydalara əməl etmirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, çörək, unlu-qənnadı məmulatları və digər qablaşdırılmamış qida məhsulları alıcılara xüsusi geyimlə təmin edilmiş satıcılar təqdim etməlidir.

BakuCity.az

Bakı marketlər un məmulatları karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər