Evdən çıxmaq icazəsi üçün SMS-lərə ən gec 1 saata cavab veriləcək

Evdən çıxmaq icazəsi üçün SMS-lərə ən gec 1 saata cavab veriləcək

Cavablar 10-15 dəqiqə gecikə bilər

Evdən çıxmaq icazəsi üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlərin olacağı gözlənilir.

BakuCity.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib.

O, vətəndaşlardan təmkinli olmağı xahiş edib:

“Cavablar 10-15 dəqiqə gecikə bilər. Ümumiyyətlə, planlaşdırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə almalı, bir saat qabaqcadan müraciət etməlidirlər. Əgər cavab gəlməsə, aidiyyəti üzrə Çağrı mərkəzinə - 9108 nömrəsinə müraciət etsinlər".

BakuCity.az

Evdən çıxış SMS koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər