Bu bölgələrdəki avtobuslarda hələ də sıxlıq var - SİYAHI

Bu bölgələrdəki avtobuslarda hələ də sıxlıq var - SİYAHI

Bəzi bölgələrdə sərnişin sıxlığı davam edir

Nazirlər Kabineti yanında Operativ Qərargahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin bölgələrdəki vətəndaşlar tərəfindən icrası baxımından mənzərə ürəkaçan deyil.

BakuCity.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahverdiyeva avtobuslarda sıxlıq müşahidə olunması ilə bağlı paylaşımları şərh edib.

O, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığının hələ də müşahidə edildiyini qeyd edib.

N.Allahverdiyeva sıxlığın 95-100 faiz azaldığı bölgələrin də adlarını qeyd edib. Bu bölgələr Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur.

BakuCity.az

bölgələr avtobus sıxlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər