Azərbaycanda tibb işçilərində də koronavirus aşkarlandı

Azərbaycanda tibb işçilərində də koronavirus aşkarlandı

Aralarında xadimələr də var

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.

BakuCity.az xəbər verir ki, məlumatı Mərkəzdən Oxu.az-a təsdiq ediblər.

Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:

“Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.

BakuCity.az

tibb işçiləri koronavirus yoluxma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər